AZƏRBAYCAN AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHLARI CƏMİYYƏTİNİN
2-Cİ BEYNƏLXALQ KONQRESİ
EACMFS elmi dəstəyi ilə
12-14 oktyabr 2023-cü il
Bakı, Azərbaycan
Kongresimizə Sizi dəvət edirik

Hörmətli həmkarlar!
Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin (AzOMFS) Sədri olaraq Sizi, 12-14 oktyabr 2023-ci il tarixlərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş II Beynəlxalq Elmi-Praktiki Konqresimizə dəvət edirəm.
Sizin dəstəyiniz və yaxında iştirakınızla 2019-cu ildə keçirilən bizim 1-ci Beynəlxalq Konqresimizdə 17 ölkədən 500-ə yaxın iştirakçı qatılmışdırsa, Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş hazırki 2-ci Beynəxalq Konqresimizə Avropa ölkələri, region dövlətləri, eləcə də Amerika və Asiya ölkələrinin mütəxəssisləri də daxil olmaqla, bizimlə öz bilik və təcrübələrini bölüşmək üçün 30-a yaxın ölkədən 50-dən çox dünya səviyyəsində ən nüfuzlu məruzəçinin və 1000 nəfərə qədər iştirakçıların qatılacağı gözlənilir.
Avropa Kəllə Üz-Çənə Cərrahları Cəmiyyəti (EACMFS) Konqresə öz elmi dəstəyini verərək, tədbirə sahəmizin dünya səviyyəsində ən nüfuzlu mütəxəssislərini cəlb edir və onlar öz bilik və təcrübələrini bizimlə bölüşəcəklər. Bununla yanaşı Beynəlxalq Ağız və Üz-Çənə Cərrahlarının Assosiasiyası, Konqresimizin zəngin elmi proqramını təsdiqləyərək bu ilin ən mühüm beynəlxalq tədbiri kimi tanıdığını bildirib. Ölkəmizin ən iri və ultramüasir məkanı olan Bakı Konqres Mərkəzində keçiriləcək tədbirin 3 günlük Elmi Proqramına - plenar çıxışlar, simpoziumlar, sərbəst prezentasiyalar, poster təqdimatları, master-klaslar daxil edilib. Konqres günlərində ayrıca Diş implantasiyası və ixtisasımıza yaxın - Üzün plastika və rekonstruksiya cərrahiyyəsi, Baş-boyun cərrahiyyəsi və onkologiyası, Kosmetologiya məsələlərinə aid Simpoziumlar keçiriləcək. Gələcək nəslin inkişafı da diqqət mərkəzində olacaq, belə ki burada gənc mütəxəssislərin konfransı təşkil olunacaq. Konqres keçirilən məkanda tibbin ən son nailiyyətləri və xidmətlərini nümayiş etdirən Beynəlxalq Sərgi təşkil olunacaq.
Konqresin tibbi əhəmiyyəti ilə yanaşı belə bir tədbirin beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da yüksəldilməsinə xidmət edəcəyinə əminik. Bu tədbirin keçirilməsində müvafiq dövlət strukturlarının razılığını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də digər aidiyyatlı qurumların dəstəyini almışıq.
Konqresin qonaqları ilə birlikdə Sizi zəngin Sosial Proqrama qatılmağa çağırıram. Proqramda qədim Bakının görkəmli yerləri ilə yanaşı Respublikanın regionlarına da (Şuşa daxil olmaqla) səfərlərimiz nəzərdə tutulur. Konqresimizin şüarı “Əməkdaşlıq sərhədlərimizi genişləndirək” yolunda ixtisasımızın inkişafı naminə öz töhfələrini vermək və yeni nailiyyətlərini bölüşmək, eləcə də öz peşəkarlıq səviyyəsini artırmaq istəyən hər bir həmkarımızın bu elmi forumda fəal iştirak edəcəyinə ümid edirik.

Prof.Çingiz Rəhimov
Kongresin Sədri
AzOMFS Sədri
DƏVƏTLİ MƏRÜZƏÇİLƏR
Jatin P Shah
USA
Ahmet Emin Demirbaş
Türkiye
Alejandro Martinez
Mexico
Ali Mudunov
Russia
Alper Alkan
Türkiye
Altan Varol
Türkiye
Aziz Aliyev
Azerbaijan
Burcu Baş
Türkiye
Christos Perisanidis
Greece
Dilgam Magarramov
Azerbaijan
Edgar Biemer
Germany
Elnur Akbarov
Azerbaijan
Emeka Nkenke
Austria
Emil İmanov
Azerbaijan
Emre Benlidayi
Türkiye
Ercument Onder
Türkiye
Erol Cansız
Türkiye
Eshiev Abdyrakman Moldalievich
Kyrgyzstan
Evgeniy Choinzonov
Russia
Fatih Mehmet Coşkunses
Türkiye
Francesco Lemma
Italy
Galina Diugai
Russia
Gunaseelan Rajan
India
Hakan Tuz
Türkiye
İbrahim Yildirim
Türkiye
Igor Reshetov
Russia
Ivana Petrovic
USA
Jabbar Hasanov
Azerbaijan
Javier Gonzalez Lagunas
Spain
Jean-Paul Meningaud
France
Julio Acero
Spain
Jürgen Hoffmann
Germany
Khasanov Adkham
Uzbekistan
Klaus Dietrich Wolff
Germany
Krisztian Nagy
Hungary
Mahammad Davudov
Azerbaijan
Mahir Aliyev
Azerbaijan
Manlio Galie
Italy
Massimo Maranzani
Italy
Mezahir Quliyev
Azerbaijan
Michail Kropotov
Russia
Mustafa Sancar Ataç
Türkiye
Namig Amraliyev
Azerbaijan
Nigar Sultanova
Azerbaijan
Othman Altuwairgi
Saudi Arabia
Parviz Aslanov
Azerbaijan
Peter Sieg
Germany
Piranit Nik Kantaputra
Thailand
Rafig Rzayev
Azerbaijan
Rauf Jafarov
Azerbaijan
Reha Kishnishchi
Türkiye
Rena Soltanova
Azerbaijan
Riaz Warraich
Pakistan
Robert Ord
USA
Rolf Ewers
Austria
Rui Fernandes
USA
S.M.Balaji
India
Sajjad Walji
Netherlands
Sıdıka Sinem Akdeniz
Türkiye
Sırmahan Çakarer
Türkiye
Umar Tairov
Сounty
Ümit Ertas
Türkiye
Vagif Gelenderov
Azerbaijan
Vitomir Konstantinovic
Serbia
Vugaq Qurbanov
Azerbaijan
Wolff Grimm
Germany
Yunis Yusubov
Azerbaijan
Zygmunt Stopa
Poland
2nd Az-OMFS Congress Sponsors: