Elektron Posterlərin hazırlanması üçün təlimatlar
AzOMFS 2023 Konqresin Elmi Komitəsi tərəfindən qəbul edilmiş bütün posterlər yalnız yüksək keyfiyyətli təsviri olan monitorlarda rəqəmsal formatda göstəriləcəkdir. Bu səbəbdən bütün poster təqdimatları multimedia E-Poster formatında təqdim olunmalıdır.
Müəlliflərdən onlar üçün təyin olunmuş monitorların yanında təyin edilmiş vaxtda olmalarını xahiş edirik. Bu vaxt müddətində müəlliflər təqdim edilən E-Poster haqqında müzakirələrə hazır olmalıdırlar..
Konqresin Təşkilat Komitəsi tərəfindən Sizə E-Posterin sıra nömrəsi, təyin olunmuş monitor haqqında məlumat öncədən verilir. Bununla belə Elmi Proqramda dəyişiklik mümkün olduğundan daim Təşkilat Komitəsinin məlumatını izləyin.
E-POSTER HAZIRLANMASI VƏ DİZAYNI
Posterin formatı
1. Bütün posterlər kitab formatında olmalıdır. Poster bir səhvədə (slaydda) görünəcək şəkildə dizayn olunur - mətn, diaqrammalar, şəkillər və s. daxil olmaqla olunmalıdır.
2. Əgər E- posterinizi “ PowerPoint” (PPT) proqramında dizayn edəcəksinizsə, bütün informasiya bir (1) slaydda görünməlidir. “Page Setup” istifadə edin və slayd ölçüsünü “Custom (en 50 sm, uzunluq 90 sm) “ Portret (vertikal) oriyentasiya seçin.
3. PPT formatında olan təqdimatınızı PDF formatında saxlayın.
4. E-poster təqdimatları üçün istifadə olunan monitorların görüntü təsviri 3240x1920 piksel, ölçüse 52,3x93,3 sm (kitab formatında). E-posterlərinin görüntü dəqiqliyini monitorlarla eyni keyfiyyətdə olmağı tövsiyyə olunur.
E-Posterə aid əsas məlumatlar
1. Poster azərbaycan və ya ingilis dilində təqdim olunmalıdır.
2. Posterin sıra nömrəsi (sol yuxarı küncdə) göstərilir
3. E-Poster başlığı qısa olmalı və göndərilmiş abstrakt ilə uyğun olmalıdır.
4. Bütün müəlliflərin adları və təmsil etdikləri təşkilatlar ərəb rəqəmləri ilə ( 1, 2 kimi) işarələnməlidir.
5. Təmsil etdikləri təşkilatlar loqosu (istənilirsə) sol yuxarı küncdə, əsas müəllifin rəngli fotosu ( pasport formasında) posterin yuxarı sağ küncündə yerləşdirilməlidir.
6. Poster 1,5 metr məsafədən oxuna biləcək şriftlə yazılmalıdır. “ Arial” yazı tipi istifadə edilə bilər. Başlıq və alt başlıqlar nəzərəçarpacaq şəkildə yazılmalıdır. Uzaqdan oxunması çətin olduğu üçün italik yazılardan qaçınmalıdır.
7. Təqdimat üçün rəng istifadə edərkən diqqətli olun, bu elmi poster təqdimatı olduğundan yalnız 2-3 rəng istifadə edin. Mətninizin daha asan oxunmasını təmin etmək üçün arxa fon rəngləri seçərkən yazı tipi ilə yaxşı kontrast yaradan rəngləri seçin. Oxucuların diqqətini dağıdacağı üçün parlaq və ya qara fonlu, texniki strukturlu arxa fonlardan qaçının.
8. Poster üçün istifadə edilən şəkillər və şəkillərin yaxşı görünməsi üçün kifayət olan ölçüdə və ən azı 300 dpi dəqiqlikdə olduğundan əmin olun. Şəkil sayı yalnız tələb olunan və əlaqədar olanlarla məhdudlaşmalıdır (mümkünsə, 4-6 şəkildən artıq olmamalıdır). Mətnlə heç bir əlaqəsi olmayan şəkillər, məsələn, çizgi film personajları və s. göndərməyin. Xəstə təqdimatı üçün ağızdaxili və ağızxarici, müalicədən əvvəlki və sonrakı şəkillər standart keyfiyyətdə olmalıdır. Radioqrafik görüntülər yaxşı keyfiyyətdə olmalıdır.
9. Qrafiklər və cədvəllər yaxşı qörünməlıdır və istifadə olunan şrift asan oxunan ölçüdə olmalıdır.
10. Poster təqdimatının məzmunu:
- Tədqiqat işi (giriş, məqsəd, material və metodlar, alınan nəticələrin müzakirəsi, nəticələr, istifadə edilmiş ədəbiyyat).
- Kliniki hall (giriş, məqsəd, klinki halın baxılması, alınan nəticənin müzakirəsi, nəticələr, istifadə edilmiş ədəbiyyat).
- Ədəbiyyat təhlili (giriş, ədəbiyyat icmalı, müzakirə, nəticələr, istifadə edilmiş ədəbiyyat).
11. Bütün müəlliflər üçün “Maraqların Münaqişəsi Deklarasiyası” posterdə yer almalıdır.
12. Sizinlə əlaqə qurmaq istəyənlər üçün posterdə əlaqə məlumatlarınızı göstərin (mütləq deyil).
13. Məlumatlar elmi nəşrlərdə qəbul edilmiş ümumilikdə tanınan vahidlərlə təqdim olunmalıdır (beynəlxalq metrik sistemə üstünlük verilir)
E-posterin təqdimatı (yalnız PDF formatında)
1. Komitə e-posterləri yalnız PDF formatında qəbul edir.
2. Zəhmət olmasa e-posterlərinizi info@az-omfs.az adresinə göndərin.
3. E-posterlərin qəbulu üçün son tarix 5 oktyabr 2023-dür.
4. Son tarixə qədər göndərilməyən e-posterlər sizin təqdimatınızın ləğv edilməsinə səbəb olacaqdır.