Mezahir Quliyev

Azerbaijan

Həkim Otorinolarinqoloq 

Tibb Elmləri Üzrə Fəlsəfə Doktoru 

İş Yeri, vəzifəsi: Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu. Otorinolarinqologiya Kafedrasının Assistenti

hsili: 

1993-2000 Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi. 

2000-2001 F. Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası, Qulaq-bu run-boğaz xəstəlikləri şöbəsi, İnternatura

2003-2004 Yaroslavl tibb akademiyasının plastik və rekonstruktiv cərrahiyə şöbəsində prof. Pşenisnovun rəhbərliyi altında plastik cərrahiyə, prof. Kozlovun rəhbərliyi altında Mikroskopik və Endoskopik Sinus Cərrahiyyəsi üzrə kurslar. 

2007- ci ildəTürkiyə, Ankara şəhərində Ankara Egitim Araştırma Hastanesi, 1 aylıq təcrübə.

2011 Almaniyanın Herford, Münxen və Shtutqart şəhər klinikalarında 3 aylıq Qulaq-burun-boğaz və Plastik cərrahiyə sahəsində elmi- praktiki təcrübə 

2014 “22 th STUTTGART, Advanced Course for Funktional and Aesthetic Rhinoplasty” kurs, Almaniya prof.Wolfgang Gubish. 

İŞ TƏCRÜBƏSİ: 

2002-2003 2 saylı Bakı şəhər Poliklinikas, Qulaq-burun-boğaz həkimi 

2002-2016 Akad.M.Mirqasımov adına RKX Otorinolarinqologiya şöbəsi, Qulaq- burun-boğaz həkimi 

2016- indiyə kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutu Otorinolarinqologiya Kafedrasının 

Assistentti 

 Müxtəlif zamanlarda Türkiyə, Rusiya, İtaliya və Almaniyanın bir çox məhşur klinikalarında Qulaq, Burun, Boğaz ixtisası üzrə, eləcə də Mikroendoskopik cərrahiyyə və Lazer cərrahiyyəsi, Funksional və Estetik cərrahiyyə üzrə elmi-praktik təcrübə keçmişdir. 

 Türk Kulak Burun Bogaz və Baş Boyun Cərrahiyəsi dərnəyinin, Türk Fassial Plastik Cərrahiyə dərnəyinin, Türk Rinoloji dərnəyinin, Avropa Fassial Plastik cərrahiyə dərnəyinin üzvüdür. 

 Əsas elmi və tibbi fəaliyyəti Burun və Burun ətrafı ciblərin patologiyaları, Funksional Endoskopik Sinus Cərrahiyyəsi, Rinoplastika əməliyyatları, qulaq-burun-boğaz xəstəliklərinin etiopatogenezi, müasir müayinə və müalicə üsullarının araşdırılmasına həsr olunmuşdur. 

 10 fevral 2016-cı il tarixdə Azərbaycan respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən Tibb Üzrə Fəlsəfə doktoru alimlik dərəcəsi verilmişdir. 9 müxtəlif alət üzrə Patentin müəllifidir. 

 Apardığı tədqiqatların nəticələri bir çox beynəlxalq və yerli elmi konfranslarda məruzəçi kimi çıxış etmişdir. Yerli və beynəlxalq elmi jurnallarda çap edilmiş 20-dən artıq elmi çap işinin müəllifidir. 2018-ci ildə Azərbaycanda beynəlxalq iştirakçılarla təşkil edilmiş ilk Bakı Rinoplastika Günləri (Baku Rhinoplasty days) konfransının təşkilat komitəsinin üzvü, eləcə də konfransda iclas sədri olmuşdur. 

Azərbaycanda Qeyri Hökumət təşkilatı olaraq “Rinologiyanın İnkişafına Dəstək” ictimai birliyinin təsisçisi və sədridir.


Conference Location

ADDRESS:

130 Tabriz Street, AZ1008
Baku, Azerbaijan

LOCATION:

PHONE NUMBER:

(+994) 55 274 22 22

(+994) 50 888 08 80

EMAIL ADDRESS:

info@az-omfs.az